Ermənistanda daha 547 nəfər koronavirusa yoluxdu,


Dünya 06 İyn 2020 13:53:00 177 0

Ermənistanda daha 547 nəfər koronavirusa yoluxdu,

Ermənistanda koronavirusa yoluxanların sayı 12 364 nəfərə çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, son sutka ərzində 547 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 7 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 190 nəfər koronavirusdan ölüb, 8 385 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.