Suriyada partlayış: 2 uşaq öldü


Dünya 06 İyn 2020 13:33:00 177 0

Suriyada partlayış: 2 uşaq öldü

Suriyanın şimalındakı Ras əl-Ayn şəhərində baş verən partlayışda iki uşaq ölüb, daha üç mülki şəxs yaralanıb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Suriyanın dövlət agentliyi "SANA" məlumat yayıb.

Məlumata görə, axşam saatlarında türk hərbi qüvvələrinin və onların yerli tərəfdarlarının yerləşdiyi şəhərdə avtomobilə quraşdırılmış bomba partladılıb. Partlayış xəstəxana binasının yaxınlığında baş verib.