Balakəndə 1200 kq narkotik vasitə məhv edildi FOTO


Digərləri 06 İyn 2020 13:07:00 195 0

Balakəndə 1200 kq narkotik vasitə məhv edildi  FOTO

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının  keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Kortala kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Son.az-a verilən məlumata görə, ümumi çəkisi bir ton 200 kiloqram yabanı halda bitən çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.