10 günə Türkiyəyə 1000dən çox xəstə gəldi


Dünya 06 İyn 2020 10:31:00 165 0

10 günə Türkiyəyə 1000dən çox xəstə gəldi

Qadağaların yumşaldılmasından sonra Türkiyəyə xarici ölkələrdən gələn xəstələrin sayı açıqlanıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib. 

O qeyd edib ki, son 10 gün ərzində xaricdən Türkiyəyə 1000-dən yuxarı xəstə müalicə məqsədilə gəlib.

Qeyd edək ki, Türkiyə mayın 20-dən 31 xarici ölkəylə səhiyyə turizmini elan etdiyini açıqlayıb. Türkiyədə müalicə olunmaq istəyən xarici vətəndaşlar üçün çarter reysləri təşkil olunur.