Dağıstanda atışma:


Dünya 06 İyn 2020 09:59:00 167 0

Dağıstanda atışma:

Rusiya Federasiyasında, Dağıstanın Qızılyar şəhərində naməlum şəxs odlu silahla iki yerli sakini yaralayıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

APA "TASS"-a istinadən xəbər verir ki, bu barədə Dağıstanın Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib.

"Axşam saat 21:30 radələrdində (Bakı vaxtı ilə 22:30) Qızılyar şəhərində naməlum silahlı şəxs iki yerli sakini yaralayıb", - DİN-in məlumatında belə deyilir.

Məlumata görə, hazırda cinayətkarın axtarışı aparılır.