Yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın olub


Digərləri 06 İyn 2020 09:33:00 196 0

Yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın olub

Ağcabədi rayonunda yanğın olub.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, yanacaqdoldurma məntəqəsinin ərazisində ümumi sahəsi 60 m2 olan tikilinin dam örtüyünün yanar konstruksiyaları 20 m2 sahədə yanıb.

Tikilinin qalan hissəsi və yanacaqdoldurma məntəqəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.