Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 40 min nəfəri ötüb


Dünya 06 İyn 2020 08:13:00 137 0

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 40 min nəfəri ötüb

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusdan daha 357 nəfər vəfat edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin sayı 40 261 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusa 1650 yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 283 311 nəfər təşkil edir.