Azərbaycan neftinin qiymətləri dəyişib


Digərləri 05 İyn 2020 20:30:00 176 0

Azərbaycan neftinin qiymətləri dəyişib

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 4-də 40,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,04 dollar/barel azdır.

Son.az bildirir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 39,80 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,01 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 39,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,02 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 37,71 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,1 dollar/barel çoxdur.