İtaliyada gölün dibində qalan kənd üzə çıxarılacaq


Dünya 05 İyn 2020 18:54:00 160 0

İtaliyada gölün dibində qalan kənd üzə çıxarılacaq

İtaliyanın Toskana vilayətində gölün dibində qalan kəndi bərpa etmək qərarı verilib.

Son.az Trend-ə istinadən bildirir ki, 12-ci əsrdə salınmış Fabbrike di Kareccine kəndi bölgədə istilik elektrik stansiyası üçün bənd tikilərkən su altında qalmışdı.

Həmin kənddə bir neçə daş ev, körpü, qəbiristanlıq və kilsə qalıb. Kənddə olan tikililər bəndin suyu boşaldılarkən bir neçə dəfə üzə çıxıb.

Sonuncu dəfə kənd 1974-cü ildə görünüb. Hazırda Valyi gölünün gələn il üçün qurudulması məqsədilə plan hazırlanır.

Bölgə rəhbərliyi hesab edir ki, kəndin üzə çıxarılması turizmin bərpası üçün səmərəli olacaq.