İş yerini dəyişmək istəyən müəllimlərə XƏBƏRDARLIQ


Digərləri 05 İyn 2020 16:43:00 182 0

İş yerini dəyişmək istəyən müəllimlərə XƏBƏRDARLIQ

Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumtəhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu bu gün başa çatır.

Nazirlikdən Son.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən namizədlər bu gün saat 23:59-dək www.miq.edu.az/yerdeyishme linki vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Qeyd olunan tarixədək elektron ərizəsini təsdiqləmiş namizədlər elektron yerləşdirmədə iştirak edə biləcəklər.