İranda daha 2 886 nәfәr koronavirusa yoluxdu, 63 nәfәr öldü


Dünya 05 İyn 2020 15:47:00 152 0

İranda daha 2 886 nәfәr koronavirusa yoluxdu, 63 nәfәr öldü

İranda ötәn sutka әrzindә daha 2 886 nәfәr koronavirusa (COVID19) yoluxub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin rәhbәri Kiyanuş Cahanpur deyib.

K.Cahanpurun sözlərinə görə, belәliklә İranda bu virusa yoluxanların sayı 167 156 nәfәrә yüksәlib. Onlardan 2 573 nәfәrin vәziyyәti ağırdır.

O, әlavә edib ki, ötәn 24 saat әrzindә daha 63 nәfәr koronavirusdan ölüb. Bununla da İranda bu virusdan ölәnlәrin sayı 8 134 nәfәrә çatıb.

Nazirlik rәsmisi indiyәdәk 129 741 nәfәrin koronavirusdan sağaldığını deyib. İranda ümumilikdə 1,04 milyondan çox diaqnoz testi hәyata keçirilib.