Düşmənin diversiya və təxribatlar törətmək imkanları ciddi məhdud­laşdırılıb


Digərləri 05 İyn 2020 14:38:00 151 0

Düşmənin diversiya və təxribatlar törətmək imkanları ciddi məhdud­laşdırılıb

Ermənistan Müdafiə Nazirliyinin rəsmi mətbuat orqanı olan "hayzinvor.am" saytında yerləşdirilmiş materialda Ermənistan Silahlı Qüvvə­lərinin Ermənistanın şimal-şərqində Azərbaycan Respublikası ilə dövlət sərhə­dində yeni döyüş mövqeyinin yaradılması qeyd edilib.

Son.az xəbər verir ki, bununla əlaqədar Dövlət Sərhəd Xidməti Trend-ə bildirib ki, Qazax və Ağstafa rayonları ərazisində Azərbaycan-Ermə­nistan dövlət sərhədindən keçən təmas xəttində, Azərbaycan və Ermənistan döyüş mövqeləri arasında Ermə­nistan tərəfinin öz mövqelərini irəli çəkməklə hər hansı yeni döyüş möv­qeyi əldə etmə­si barədə məlumat həqiqətə tam ziddir.

Əksinə Dövlət Sərhəd Xidmətinin sərhəd-döyüş mövqelərinin irəli çəkilməsi nəticəsində düşmənin bir sıra istiqamətlərdə müxtəlif diversiya və təxribatlar törətmək imkanları ciddi məhdud­laşdırılıb.