Aybəniz Haşımovanın səhhətində problem yaranıb


Şou-biznes 05 İyn 2020 14:05:00 186 0

Aybəniz Haşımovanın səhhətində problem yaranıb

Əməkdar artist Aybəniz Haşımovanın səhhətində problem yaranıb.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi bir neçə gündür "Qızıl yel" xəstəliyindən əziyyət çəkir.

İfaçı bu səbəbdən "Facebook"dakı canlı yayımlarını da dayandırıb.

Qeyd edək ki, "Qızıl yel" dərinin kəskin infeksioz iltihabi xəstəliyidir. Əsasən aşağı ətraflarda qızartılı ağrılı şişmə ilə özünü göstərir. Müdaxilə edilmədiyi təqdirdə proqressiv seyir göstərərək həyati təhlükəli fəsadlar verir.