TƏBİB: Onlayn alışverişə üstünlük verin


Digərləri 05 İyn 2020 14:21:00 212 0

TƏBİB: Onlayn alışverişə üstünlük verin

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) alış-veriş zamanı COVID-19 infeksiyasından qorunma yolları haqqında məlumat yayıb.

Son.az bildirir ki, məlumatda onlayn alış-verişə üstünlük verməyin zəruiliyi qeyd olunub:

- Mümkündürsə, onlayn alış-verişə üstünlük verin.

- Alış-verişə ailənizdən bir nəfər göndərin.

- Pik saatlarda mağazaya getməkdən çəkinin və yaşadığınız yerə yaxın mağazaya getməyə çalışın. Xəstəsinizsə, mağazaya getməyin. 

- Mağaza daxilində asqırarkən və ya öskürərkən ağzınızı və burnunuzu salfetlə örtün və ya dirsək bükümünüzdən istifadə edin.

- Maska taxın və heç bir halda çıxarmayın, əlinizlə üzünüzə toxunmayın.