Liviya ordusu daha bir şəhəri azad edib


Dünya 05 İyn 2020 13:43:43 176 0

Liviya ordusu daha bir şəhəri azad edib

Bildirilib ki, son 3 gündə Tripoli Beynəlxalq hava limanı, Ayn Zara, Vadi er-Rebi kimi rayonlar silahlılardan azad edilərək Liviya hökumətinin nəzarətinə keçib.

Liviyanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan Milli Barışıq Hökumətinə məxsus ordu Tarhune şəhərini tanınmayan feldmarşal Xəlifə Hafterin silahlılarından təmizləyib.

“Report” TRT-yə istinadən xəbər verir ki, Liviya ordusu dörd istiqamətdən Hafter silahlılarına qarşı hücuma başlayıb.

window._ttzi = 879; var adv_879_iad = document.createElement("script"); adv_879_iad.src = "https://adviad.com/nativevideo/get_ads.js?=" + (Math.floor(Math.random() * 100000000) + 1); adv_879_iad.async = true; (document.body || document.head || document.documentElement).appendChild(adv_879_iad); adv_879_iad.onload = function () { adv_879_iad.parentNode.removeChild(adv_879_iad); }

Hafter silahlıları Tarhune şəhərindən Liviyanın paytaxtı Tripoliyə qarşı hücumun mərkəzi kimi istifadə edirdi.

Bildirilib ki, son üç gündə Tripoli Beynəlxalq Hava Limanı, Ayn Zara, Vadi er-Rebi kimi rayonlar silahlılardan azad edilərək Liviya hökumətinin nəzarətinə keçib.

Ordunun sözçüsü Məhəmməd Kanunu deyib ki, Tarhunedən sonra hədəfdə Sirte, Cufra və ölkənin cənubundakı neft sahələridir.