Abşeron Dairəvi dəmir yolu fəaliyyətini müvəqqəti dayandırır


Digərləri 05 İyn 2020 12:42:00 187 0

Abşeron Dairəvi dəmir yolu fəaliyyətini müvəqqəti dayandırır

Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarlar müvəqqəti fəaliyyəti dayandırır.

Son.az bildirir ki, bu barədə Trend-ə Azərbaycan Dəmir Yolları QSC-dən bildiriblər. Qeyd olunub ki, növbəti həftədən qatarların hərəkəti yenidən bərpa olunacaq:

"Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarları, iki gün müddətinə, 6 və 7 iyun (şənbə və bazar) günləri hərəkətdə olmayacaq. 8 iyun tarixindən etibarən cari cədvəl üzrə hərəkət bərpa olunacaq".