Rusiyada koronavirusdan ölənlərin sayı 5,5 mini ötdü


Dünya 05 İyn 2020 11:37:04 130 0

Rusiyada koronavirusdan ölənlərin sayı 5,5 mini ötdü

​Rusiyada son bir gündə daha 8 726 nəfərə COVID-19 diaqnozu qoyulub.

Rusiyada son bir gündə daha 8 726nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

window._ttzi = 879; var adv_879_iad = document.createElement("script"); adv_879_iad.src = "https://adviad.com/nativevideo/get_ads.js?=" + (Math.floor(Math.random() * 100000000) + 1); adv_879_iad.async = true; (document.body || document.head || document.documentElement).appendChild(adv_879_iad); adv_879_iad.onload = function () { adv_879_iad.parentNode.removeChild(adv_879_iad); }

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 449 834nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 144nəfər artaraq 5 528-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 212 680nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 1 855nəfər.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,7 milyonu ötüb. Bunların 3,2 milyon nəfərdən çoxu sağalıb, 393 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.