Moskvada koronavirusdan ölənlərin sayı 2 800 nəfəri keçib


Dünya 05 İyn 2020 08:12:00 147 0

Moskvada koronavirusdan ölənlərin sayı 2 800 nəfəri keçib

Rusiyanın paytaxtı Moskvada son sutka ərzində koronavirusdan daha 57 nəfər ölüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 57 xəstə dünyasını dəyişib".

Ümumilikdə paytaxtda 2 806 nəfər koronavirusdan ölüb.