Ötən gün Nyu-Yorkda təxminən 300 nəfər həbs edilib


Dünya 05 İyn 2020 07:02:55 146 0

Ötən gün Nyu-Yorkda təxminən 300 nəfər həbs edilib

ABŞ-ın Nyu-York şəhərində ötən gün keçirilən etiraz aksiyalarının təxminən 300 iştirakçısı həbs olunub.

ABŞ-ın Nyu-York şəhərində ötən gün keçirilən etiraz aksiyalarının təxminən 300 iştirakçısı həbs olunub.

"Report"NY1 telekanalına istinadən xəbər verir ki, bu barədə Nyu-York polisinin rəhbəri Dermot Şia keçirdiyi mətbuat konfransında bildirib.

window._ttzi = 879; var adv_879_iad = document.createElement("script"); adv_879_iad.src = "https://adviad.com/nativevideo/get_ads.js?=" + (Math.floor(Math.random() * 100000000) + 1); adv_879_iad.async = true; (document.body || document.head || document.documentElement).appendChild(adv_879_iad); adv_879_iad.onload = function () { adv_879_iad.parentNode.removeChild(adv_879_iad); }

O, qeyd edib ki, həbslərin sayı hər gün azalır.

"Etirazlar ötən cümə axşamı başlandı, cümə, şənbə və bazar günləri davam etdi. Amma son üç gecə biz həbslərin sayının təxminən 700-ə qədər, ötən gecə 300-ə qədər azalmasını müşahidə etdik”, - deyə o bildirib.

Dermot Şia qeyd edib ki, həbslər zorakılıq aktlarını tətbiq edənlərə, soyğunçuluqla məşğul olanlara və polislərə hücum edənlərə qarşı tətbiq olunur.

Nyu-York polisinin başçısı xüsusi halda diqqəti etiraz aksiyaları iştirakçılarının polislərə içi sement və su ilə dolu butulkaları atmalarına yönəldib.