Planşet satışlarında 9,6% azalma qeydə alınıb


Digərləri 04 İyn 2020 23:20:00 203 0

Planşet satışlarında 9,6% azalma qeydə alınıb

Satışlarda 9,6% azalma qeydə alınıb.

Avropa, Orta Şərq və Afrika ölkələrində bu ilin birinci rübündə cəmi 8,8 milyon tablet satışa çıxarılıb. Bu göstərici illik satışla müqayisə 9,6% azdır.

Son.az ted.az-a istinadən bildirir ki, bu haqda IDC analitikləri məlumat yayıb.

Məlumata görə, ümumilikdə istehsal tələbatı tam şəkildə ödəmir. Eyni zamanda, IDC mütəxəssislərinin fikrincə, planşetlər distant təhsil və iş üçün prioritet cihaz hesab olunmur. Bu amil də istehsala müəyyən mənada təsir göstərir.

Planşet satışı üzrə regional lider Samsung şirkətidir. Şirkət planşet satışını 2.212 milyon cihazadək artıraraq bazar payını 22,7%-dən 24,5%-ə yüksəldib.

İkinci yeri Apple şirkəti tutur. Apple planşetlərinin satışları il ərzində 2.314 milyon ədədə qədər azaldıb. Lakin satışların azalmasına baxmayaraq, kompaniyanın bazar payı bir qədər də artaraq 23,7%-dən 23,8%-ə çatıb.