Londonda etiraz nümayişləri keçirilib, saxlanılanlar var


Dünya 04 İyn 2020 18:55:15 141 0

Londonda etiraz nümayişləri keçirilib, saxlanılanlar var

Londonda etiraz nümayişləri keçirilib, saxlanlılanlar var

Ötən gün “Black Lives Matter" (BLM) beynəlxalq hərəkatının Londondatəşkil etdiyi etiraz aksiyaları zamanı 13 nəfər saxlanılıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Minneapolisdə qaradərili Corc Floydun polis əməkdaşı tərəfindən öldürülməsinə etiraz edən minlərlə sakin nahar fasiləsi zamanı paytaxtın mərkəzindəki Hyde Parkda toplaşaraq parlament binası istiqamətində yürüşə başlayıblar.

window._ttzi = 879; var adv_879_iad = document.createElement("script"); adv_879_iad.src = "https://adviad.com/nativevideo/get_ads.js?=" + (Math.floor(Math.random() * 100000000) + 1); adv_879_iad.async = true; (document.body || document.head || document.documentElement).appendChild(adv_879_iad); adv_879_iad.onload = function () { adv_879_iad.parentNode.removeChild(adv_879_iad); }

Əvəvlcə dinc ovqatda başlayan nümayiş baş nazir Boris Consonun iqamətgahı yaxınlığında bir qədər gərginləşib, hökumət binasının qapısına tərəf şüşə butulkalar atılıb. Axşam hava qaralanda hadisə yerinə cəlb edilmiş polis nümayişçilərə qarşı güc tətbiq edib.

Qeyd edək ki, irqçiliyə qarşı etiraz nümayişləri həmçinin Liverpol, Kardiff, Mançester, habelə qonşu İrlandiyada ABŞ səfirliyi qarşısında keçirilib.

Xatırladaq ki, mayın 25-də Minneapolisdə (Minnesota ştatı) 46 yaşlı qaradərili sakin Corc Floyd Derek Çavin adlı polis əməkdaşının onu yerə yıxıb dizilə 9 dəqiqə ərzində boğazını sıxması nəticəsində dünyasını dəyişib. Bu hadisədən dərhal sonra şəhərdə başlayan kütləvi etiraz və iğtişaşlar tezliklə başqa şəhərlərə də sirayət edib.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək