Braziliyada koronavirusdan rekord sayda ölüm qeydə alınıb


Dünya 04 İyn 2020 15:54:00 130 0

Braziliyada koronavirusdan rekord sayda ölüm qeydə alınıb

Braziliyada koronavirusa yoluxanların sayı 584 mini keçib, 32 548 nəfər isə bu virusdan dünyasını dəyişib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin son məlumatına görə, ölkədə indiyədək 584 016 nəfərə COVID-19 diaqnozu qoyulub. Təkcə son sutka ərzində yoluxanların sayı 28 633 nəfər təşkil edib.

Son sutkada rekord həddə ölüm faktı qeydə alınıb. Belə ki, ölkədə ötən gün 1 349 nəfər koronavirusdan ölüb. Bununla da ölənlərin ümumi sayı 32 548 nəfərə çatıb. Braziliyada sağalanlar isə 238 min nəfərdən çoxdur.