Polisin öldürdüyü Corc Floydun koronavirusa yoluxduğu məlum oldu


Dünya 04 İyn 2020 11:34:00 163 0

Polisin öldürdüyü Corc Floydun koronavirusa yoluxduğu məlum oldu

ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində polis tərəfindən boğularaq öldürülən afroamerikalı Corc Floydda koronavirusa yoluxma faktı aşkarlanıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Hennepin dairəsinin məhkəmə-tibb ekspertiza bürosunun saytında yayımlanmış meyityarma məlumatlarında qeyd olunub.

"3 may 2020-ci il tarixində aparılan COVID-19 analizləri pozitiv nəticələnib",- deyə Baş məhkəmə-tibb eksperti Endryu Beyker tərəfindən imzalanmış sənəddə yazılıb.

Bununla belə Beyker infeksiyanın ölümünə səbəb ola biləcəyini deməyib. Hennepin dairəsinin məhkəmə-tibb ekspertizasının məlumatına görə, Floyd ürək-ağciyər şokundan (ürək dayanması və tənəffüsün kəsilməsi ) həyatını itirib.