Keçmiş məhkum 6 kiloqram narkotiklə tutuldu


Digərləri 04 İyn 2020 10:29:00 156 0

Keçmiş məhkum 6 kiloqram narkotiklə tutuldu

Bakıda narkotik alverçisi saxlanılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində baş verib.

Xəzər rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsi və Cinayət Axtarış Şöbəsi keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Türkan qəsəbəsində yaşayan, əvvəllər dəfələrlə məhkum olunmuş, 1962-ci il təvəllüdlü İ.Əliyevin həyətindəki köməkçi tikilidə 5 kiloqramdan çox marixuana, dibçəklərdə əkilən 1 kiloqrama yaxın çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.