Məşhur aparıcı malikanəsini 33 milyona satıb


Digərləri 04 İyn 2020 09:54:00 168 0

Məşhur aparıcı malikanəsini 33 milyona satıb

Amerikalı aktrisa-aparıcı Ellen Deceneres Kaliforniya ştatının Beverli-Hillz şəhərindəki malikanəsini satıb.

Son.az axşam.az-a istinadən bildirir ki, aparıcı 5 yataq, 2 qonaq, 3 hamam, mətbəx, oyun, musiqi, kitabxana, bar, idman otağı və hovuzdan ibarət olan villasını 33 milyon dollar (təxminən 56 milyon 100 min manat) qarşılığında yeni sahibinə təhvil verib.

Qeyd edək ki, Ellen malikanəni 2004-cü ildə almışdı.