Vakansiyaların gizlədilməsi ilə bağlı sorğuların 75%i əsassız olub


Digərləri 04 İyn 2020 09:24:00 167 0

Vakansiyaların gizlədilməsi ilə bağlı sorğuların 75%i əsassız olub

Təhsil müəssisələrində gizlədilmiş vakansiyalarla əlaqədar ötən dövrlərdə edilmiş müraciətlərin araşdırılması nəticələrinin təhlili göstərir ki, həmin sorğuların təqribən 75%-i əsassız xarakter daşıyıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

O qeyd edib ki, geridə qalan illər ərzində ictimai nəzarətin dəstəklənməsinin nəticəsidir ki, məktəblərdə vakansiyaların gizlədilməsi halının gələcək perspektivi çox aşağıdır.

Nazirlik rəsmisinin sözlərinə görə, ən ciddi çatışmazlıq vakant yerlərin gizlədilməsi ilə əlaqədar vətəndaşlarda daim narahatlığın olmasıdır. Müxtəlif dövrlərdə vətəndaş müraciətlərinin araşdırılaraq tədbir görülməsi istiqamətində İnsan Resursları Mərkəzi tərəfindən işlər görülüb: