Almaniya Avropanın 29 ölkəsinə səyahət məhdudiyyətini aradan qaldıracaq


Dünya 03 İyn 2020 23:10:00 171 0

Almaniya Avropanın 29 ölkəsinə səyahət məhdudiyyətini aradan qaldıracaq

İyunun 15-dən başlayaraq Almaniya Avropanın 29 ölkəsinə səyahətlə bağlı xəbərdarlığı ləğv edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Almaniyanın xarici işlər naziri Hayko Maas mətbuat konfransında deyib.

O bildirib ki, xəbərdarlıq ayrı-ayrı ölkələrdə vəziyyətlə bağlı tövsiyələrlə əvəz olunacaq.

Nazirin sözlərinə görə, bu ölkələr arasında İspaniya və Norveç turist səfərlərinə digər ölkələrdən daha gec icazə verə bilərlər.