Sosial şəbəkələrdə yayılan FOTO gündəm oldu


Dünya 03 İyn 2020 20:32:00 170 0

Sosial şəbəkələrdə yayılan FOTO gündəm oldu

Sosial şəbəkələrdə ABŞ-dakı etiraz aksiyalarından paylaşılan foto ciddi müzakirələrə səbəb olub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, şəkil Hyuston şəhərində çəkilib.

Kadrlarda nizamla düzülmüş və aksiya iştirakçıları ilə həmrəyliklərini nümayiş edən polislər əks olunub. Müzakirələrə səbəb isə onların birinin qolunun üzərindəki "Rossiya" döyməsidir.

Hazırda ABŞ-ın bir çox şəhərlərini etiraz aksiyaları bürüyüb. Buna qaradərili mühafizəçi Corc Floydun polis tərəfindən kobud şəkildə həbsindən sonra ölməsi səbəb olub.