"Twitter"in direktorlar şurasının sədri vəzifəsini tərk edib


Dünya 03 İyn 2020 17:04:00 162 0

"Twitter"in direktorlar şurasının sədri vəzifəsini tərk edib

ABŞ-ın "Twitter" şirkətinin direktorlar şurasının sədri Omid Kordestani vəzifəsini tərk edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyasının yaydığı sənəddə deyilir.

Məlumata əsasən, O.Kordestaninin yerini "Google" korporasiyasının sabiq maliyyə direktoru Patrik Piçett tutacaq.

O.Kordestani öz növbəsində bildirib: "Twitter"də uzunmüddətli davamlı böyüməni təmin etmək üçün rəhbərliyin gücləndirilməsi və sabitləşdirilməsinə yönəlmiş vacib dəyişikliklərin necə heyəta keçirildiyini öz gözlərimlə görmüşəm və əminəm ki, sədr rolunu tərk edə bilərəm. Patrikin şurada səsi həmişə vacib və müstəqil olub. O, müstəqil sədrin yeni vəzifəsini tutmaq üçün uyğundur".