Belarusda koronavirusa yoluxanların sayı 45 mini ötdü


Dünya 03 İyn 2020 16:26:29 152 0

Belarusda koronavirusa yoluxanların sayı 45 mini ötdü

Bildirilib ki, son sutkada koronavirusdan daha 5 pasiyent ölüb

Belarusda koronavirusa son sutkada daha 861 yoluxma faktı qeydə alınıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Belarusun Səhiyyə Nazirliyi yayıb.

Son sutkada ölkədəkoronavirusdan daha 5 nəfər ölüb.

Belarusda yoluxanların ümumi sayı 45 116-ya, ölənlərin sayı isə 248-ə çatıb.