Nigar Camal: "Yekəqarın kişiləri xoşlayıram" MÜSAHİBƏ


Şou-biznes 03 İyn 2020 15:54:00 203 0

Nigar Camal: "Yekəqarın kişiləri xoşlayıram"  MÜSAHİBƏ

Son.az kulis.az-a istinadla Nigar Camalla müsahibəni təqdim edir:

- İki aya yaxın ölkədə karantin rejimi elan olundu. Bu dövrü necə keçirtdiniz?

- Yaxşı keçirtdim. Karantin dövrünü demək olar ki, bağda keçirtdim. AzTV-də bilirsiniz ki, həftə sonu verilişimiz var. Çəkilişlərə getdim. Başımı qarışdırırdım. Sadəcə uşaqlarım üçün darıxıram. Yollar bağlı olduğu üçün Londona qayıda bilmirəm. Görüntülü danışırıq, amma yenə də yanımda olmalarını çox istəyirəm.

- Qızlarınızdan söz düşmüşkən, necə anadır Nigar Camal. Yaxşı ana olmaq üçün nə edirsiniz?

- Əlimdən gələni edirəm. Mən ümumiyyətlə övladlarımla ana-qız yox, rəfiqəyəm. Özümü hər zaman onların yerinə qoyub, səhvlərini onların baxış bucağından dəyərləndirirəm. Hər zaman bu düşüncədəyəm ki, həyat onsuz da çox çətindir. Sabah nə olacağını bilmirik. Hər bir valideyn uşaqlarının güclü böyüməsi üçün çalışmalıdır. Bir də övladlarımın savadı, təhsili mənim üçün çox əhəmiyyətlidir. Onların təhsil alması həyatda bir peşəyə sahib olmaları üçün çalışıram.

- Uzun illərdir Londonda yaşayırsınız. Sizi Azərbaycandan qoparan duyğularınız oldu, yoxsa bir çox insan kimi xarici ölkədə yaşamaq istəyi?

- Artıq 15 ildir Londonda yaşayıram. Sevgi qopardı məni Azərbaycandan. Çox sevdim və sevgimin məni apardığı yerə getdim.

- Həyatınızda "bu mənim üçün çox özəldir" dediyiniz anlar hansı anlardır ?

- Həyatımda mənim üçün özəl olan anlar çoxdur. Yəqin ki, ən özəli övladlarımın dünyaya gəldiyi anlardır. Həyatımda çətin anlar da çox olub. Gənc olanda çətinliklər adama aşılmaz görünsə də, yaş ötdükcə onlarla mübarizə aparmaq daha asan olur. İndi elə yaşdayam ki, çətinliyə yenilmirəm.

- Deyirlər, insan aşiq olanda daha çox özü olur. Nigar Camal eşqi necə yaşayır?

- Mən aşiq olanda çox xoşbəxt oluram. Ümumiyyətlə, sevgi mənim üçün hər şeydir. Bu dünyada məni nə ulduz həyatı, nə pul xoşbəxt edə bilir. Həyatımda sevgi olmayanda özümü çox bədbəxt hiss edirəm. Sevgi məni xoşbəxt edir.

- Amma bir neçə il əvvəl müsahibələrinizin birində demisiniz ki, sevgi olanda işləmək çox çətin olur.

- Mən həmişə düşünürdüm ulduz olsam, xoşbəxt olaram. Bir gündə məşhur oldum, amma hiss etdim ki, yox bu məni xoşbəxt etmir, həyatımda yenə də bir boşluq var.

- İndi necə o boşluğu dolduran var?

- Var. Amma evlilik haqqında hələ düşünmürəm. İkinci dəfə ərə getmək üçün tələsmək doğru deyil.

- Sizi siz edən vərdişləriniz nələrdir?

- Özüm kimi olmağım. Bir məsələnin çox dərinliyinə gedən adam deyiləm. Özümü mənfiyə kökləmirəm. Çox kədərli məqamda belə pozitivə kökləyə bilirəm özümü.

- Nigar Camalın ideal kişi modeli necə olmalıdır?

- Zarafat edən, pozitiv kişiləri sevirəm. Hər zaman bir yerdə oturan, danışmayan kişiləri sevmirəm. Kök və yekəqarın kişiləri sevirəm.

- Nə zaman əsəbiləşirsiniz?

- Ac olanda (gülür). Ümumiyyətlə, insanlar məni mənfi aura ilə yükləyəndə əsəbiləşirəm. Narahat edir bu məni.

- Müğənni olmaq fürsətini yaxalaya bilməsəydiniz hansı peşəni seçərdiniz?