Bakıda arvadını qətlə yetirən şəxsin məhkəməsi başladı


Digərləri 03 İyn 2020 16:04:00 210 0

Bakıda arvadını qətlə yetirən şəxsin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirməkdə təqsirləndirilən 1971-ci il təvəllüdlü Emin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Mİlli.Az Trend-ə istinadən əbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyunun 11-nə təyin olunub.

İttihama görə, hadisə ötən ilin iyunun 20-də Xəzər rayonunu Buzovna qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1977-ci il təvəllüdlü Nurəngiz Hüseynova yaşadığı evdə həyat yoldaşı Emin Hüseynov tərəfindən bçaqlanıb. Çoxsaylı bıçaq zərbələri alan Nurəngiz Hüseynova 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o, bir gün sonra dünyasını dəyişib.

Emin Hüseynov hadisəni qısqanclıq zəminində törətdiyini, həyat yoldaşının ona hörmət göstərmədiyini deyib. Onların birgə nikahlarından 2 övladı var.