Bakıda arvadını 5ci mərtəbədən atıb öldürən şəxsin cinayət işinin icraatı dayandırıldı


Digərləri 03 İyn 2020 14:19:00 142 0

Bakıda arvadını 5ci mərtəbədən atıb öldürən şəxsin cinayət işinin icraatı dayandırıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Ramiz Taxvelinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə qərarı elan olunub.

Qərara görə, R.Taxvelinin barəsində olan cinayət işi üzrə icraat dayandırılıb.

Ekspertizanın rəyinə görə, Ramiz Taxveli hadisəni törədən zaman anlaqsız olub.

İttihama görə, 2018-ci il dekabrın 9-da Nəsimi rayonu, R.Behbudov küçəsində yaşayan Ramiz Taxveli həyat yoldaşı Adelya Taxvelini 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin balkonundan atıb.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar zamanı kişinin cinayəti narkotik qəbulu nəticəsində psixi pozğunluq halında törətdiyi müəyyən olunub. R. Taxveliyə məxsus avtomaşına baxış keçirilərkən kibrit qutusunda çəkisi 5.647 qram olan qurudulmuş marixuana aşkar edilib.