Rusiyada tələbələrin hərbi hazırlığı təxirə salınıb


Dünya 03 İyn 2020 13:41:14 166 0

Rusiyada tələbələrin hərbi hazırlığı təxirə salınıb

Qeyd edək ki, Rusiyada 423 min nəfər koronavirusa yoluxub, 5 037 pasiyent bu infeksiyadan ölüb, 186 min nəfər isə koronavirusdan sağalıb

Rusiyada tələbələrin hərbi hazırlıq üzrə yay yığımı təxirə salınıb.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, bu qərar Federasiyada koronavirusla əlaqədar yaranmış vəziyyət və infeksiyanın yayılmaması tədbirləri çərçivəsində qəbul edilib.

“Bəzi ali məktəblərdə tələbələrin hərbi xidmətə çağırışı 2021-ci ilə keçirilib”, - Rusiyanın Müdafiə Nazirliyi açıqlayıb.

Qeyd edək ki, Rusiyada indiyədək 423 741 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 5 037 nəfəri ölüb, 186 985 nəfər isə sağalıb.