“Hörümçək adam” Nadia ilə sevgilidir


Digərləri 03 İyn 2020 09:29:00 177 0

“Hörümçək adam” Nadia ilə sevgilidir

"Marvel" şirkətinin çəkdiyi filmlərdə "Hörümçək adam" obrazını canlandıran Hollivud ulduzu Tom Holland həmkarı ilə yeni münasibətə başlayıb.

Son.az axşam.az-a istinadən bildirir ki, bu barədə "The Daily Mail"ə cütlüyə yaxın mənbələrdən biri müsahibəsində deyib.

O bildirib ki, Tom karyerasına yeni başlayan aktrisa Nadia Parkes ilə karantin müddətini də birlikdə keçirib:

"Onlar pandemiya elan olunan ərəfədə görüşməyə başlamışdılar. Tom ailəsinə və dostlarına da onunla sevgili olduğunu söyləyib. Karantin müddətində onların birlikdə yaşaması, münasibətlərinə də müsbət təsir göstərib".