DST simptomsuz COVID19 daşıyıcıları barədə informasiyanı öyrənir


Dünya 03 İyn 2020 05:30:00 169 0

DST simptomsuz COVID19 daşıyıcıları barədə informasiyanı öyrənir

Dünya Səhiyyə Təşkilatına (DST) simptomsuz yeni koronavirus infeksiyası daşıyıcılarının COVID-19 xəstəliyinin yayılmasında təhlükə dərəcəsini müəyyən etmək üçün daha çox informasiya lazımdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri DST-nin rəsmi nümayəndəsi Marqaret Harris keçirilən brifinqdə səsləndirib.

"Dünya Səhiyyə Təşkilatının Çinin Uxan şəhərində tədqiqat aparan missiyasının məlumatına görə, simptomsuz xəstələr pandemiyanın yayılmasında əsas rol oynamır. Bu barədə müxtəlif fikirlər mövcuddur və biz daha çox informasiya əldə etmək istəyirik", - deyə Marqaret Harris bildirib.

Xatırladaq ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Dünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyənləşdirib və sonradan həmin xəstəlik rəsmən COVID-19 adını alıb. Mart ayının 11-də DST yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.