O şeyin ki, halal və haram olması sənin üçün aşkar deyildir…


Digərləri 02 İyn 2020 22:50:00 190 0

O şeyin ki, halal və haram olması sənin üçün aşkar deyildir…

İmam Əli (ə) Bəsrədəki məmuruna məktub yazaraq buyurur: "Ey Hənifin oğlu! Mənə xəbər gəlib çatmışdır ki, Bəsrənin cavanları səni vəliməyə dəvət ediblər. Sən də ona tərəf tələsmisən. Bax gör, bu süfrədə nəyi yeyə bilərsən.

O şeyin ki, halal və haram olması sənin üçün aşkar deyildir - ağzından tüpür.

O şeylərin ki, pak hazırlanmasına yəqinin vardır - onları ye".

Xoş olsun o kəsin halına ki...

Həzrət Əli (ə) buyurur: "Xoş olsun o kəsin halına ki, öz-özü ilə təvazökar olar, qazancı pak olar, daxilini saleh və əxlaqını layiqli edər. Qazancının artığını infaq edər və dilini boş söz danışmaqdan qoruyar".

Bada getmiş ümidlər...

İmam Əli (ə) buyurur: "Ey insanlar! Allahdan qorxun. Çünki o qədər insan vardır ki, ümid və arzuya malik olub, ancaq ona çatmayıbdır.

Bina tikib, ancaq onda yaşamayıbdır.

Mal toplayıbdır, tezliklə onu buraxıbdır". (Ölübdür).