ABŞ paytaxtında 300-dən çox nümayişçi həbs edilib


Dünya 02 İyn 2020 22:16:54 168 0

ABŞ paytaxtında 300-dən çox nümayişçi həbs edilib

ABŞ-ın paytaxtı Vaşinqtonun hüquq-mühafizə orqanları ötən gecə&&ərzində qaradərili əhaliyə qarşı polis zorakılığının tətbiqi əleyhinə keçirilən etiraz aksiyalarının 300-dən çox iştirakçısını saxlayıb.

ABŞ-ın paytaxtı Vaşinqtonun hüquq-mühafizə orqanları ötən gecəərzində qaradərili əhaliyə qarşı polis zorakılığının tətbiqi əleyhinə keçirilən etiraz aksiyalarının 300-dən çox iştirakçısını saxlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ paytaxtının Polis İdarəsinin rəisi Piter Nyuşem keçirdiyi mətbuat konfransında bildirib.

"Bizdə prosesin sonunda 300-dən çox həbs oldu", - Vaşinqton polisinin rəhbəri deyib.

Onun sözlərinə görə, "həbslər əsasən qanun pozuntularının üç kateqoriyası ilə izah olunub. Bunlar komendant saatı qaydalarına riayət edilməməsi (həbslərin əksəriyyəti), həmçinin qarışıqlıqlarda və soyğunçuluqlarda iştirak.