NyuYorkda etirazçılar mağazadan bahalı saat oğurlayıb


Dünya 02 İyn 2020 20:24:00 148 0

NyuYorkda etirazçılar mağazadan bahalı saat oğurlayıb

ABŞ-ın Nyu-York şəhərində etiraz aksiyaları zamanı bir qrup şəxs "Rolex" mağazasından 2,4 milyon dollar məbləğində saat oğurlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə şəhər polisi bildirib.

Qeyd olunur ki, şəxslər vitrini sındıraraq saatı götürüblər.

İğtişaşlar zamanı "Bloomingdale's", "Chanel", "Dolce & Gabbana", "Macy's" kimi brendlərin mağazaları da hücuma məruz qalıb.