ABŞın Almaniyadakı səfiri istefa verib


Dünya 02 İyn 2020 20:29:00 170 0

ABŞın Almaniyadakı səfiri istefa verib

ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenell istefa verib.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə səfirliyin sözçüsü bildirib. 

"Səfir Qrenell iyunun 1-dən həm öz postundan, həm də Dövlət Departamentində istefa verib", - deyə sözçü vurğulayıb.

ABŞ Prezidenti Donald Trampın ən yaxın tərəfdaşlarından olan R. Qrenell iki il bu postda çalışıb. İki il müddətində R. Qrenell Almaniyanın NATO ilə bağlı siyasətini, habelə "Şimal Axını 2" qaz kəməri layihəsini tənqid edib.