Ukrayna parlamenti DİN başçısının istefası üçün imza toplayır
Dünya 02 İyn 2020 15:51:58 180 0
Bu barədə deputat İqor Vasilyev “Facebook” səhifəsində məlumat verib
Ukrayna daxili işlər naziri Arsen Avakov
Ukrayna Ali Radasının deputatları ölkənin daxili işlər naziri Arsen Avakovun istefası üçün imza toplamağa başlayıblar.
“Report” RT-yə istinadən xəbər verir ki, bu barədə deputat İqor Vasilyev “Facebook” səhifəsində məlumat verib.
“Avakovun istefası üçün imza toplamağa başladıq”, - o yazıb və statusuna Radanın qətnaməsinin şəklini əlavə edib.
Xatırladaq ki, martda Ali Rada səsvermə zamanı yeni baş nazir Denis Şmıqalın təklif etdiyi hökumətin yeni tərkibini təsdiqləyib. A.Avakov yeni Nazirlər Kabinetində daxili işlər naziri vəzifəsini qoruyub.
Mənbə: report.az