İş adamının maşını gülləbaran edildi,


Dünya 02 İyn 2020 15:20:00 153 0

İş adamının maşını gülləbaran edildi,

Rusiyanın federal "Qafqaz" avtoyolunun İnquşetiya Respublikasından keçən hissəsində naməlum şəxslər iş adamının "Chevrolet" markalı avtomobilini gülləbaran ediblər.

Son.az oxu.az-a istinadən xəbər verir ki, şübhəlilər sonra hadisə yerindən qaçıblar.

Güllə yaraları almış 41 yaşlı sürücü hadisə yerində həyatını itirib.

İlkin məlumatlara görə, baş verənlərə səbəb şəxsi fikir ayrılıqları ola bilər.