Milli Məclisin növbəti iclasının vaxtı məlum oldu


Digərləri 02 İyn 2020 14:31:00 175 0

Milli Məclisin növbəti iclasının vaxtı məlum oldu

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub.

Son.az Trend-ə istinadən bildirir ki, spiker Sahibə Qafarova bildirib ki, növbəti iclas iyunun 5-də keçiriləcək.

Qeyd edək ki, bu gün Milli Məclisin növbədənkənar sessiyasının ikinci iclası keçirilib.

İclasda "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib.