Gürcüstanda virusa yoluxanların sayı 796 nəfərə çatıb


Dünya 02 İyn 2020 14:20:00 166 0

Gürcüstanda virusa yoluxanların sayı 796 nəfərə çatıb

Gürcüstanda son sutka ərzində koronavirusa 2 yoluxma halı qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində təsis etdiyi xüsusi internet saytında bildirilib.

Bununla da Gürcüstanda virusa yoluxanların sayı 796 nəfərə çatıb.

Qeyd olunub ki, Gürcüstanda koronavirus səbəbi ilə 2508 nəfər karantində saxlanılır, 300 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Yoluxanlardan 634 nəfər sağalıb, 12 nəfər isə ölüb.