Avropa İttifaqı hərbi fond yaradır


Dünya 02 İyn 2020 12:59:32 153 0

Avropa İttifaqı hərbi fond yaradır

Fondun fəaliyyət müddəti Aİ-nin növbəti yeddiillik büdcə dövrünə (2021-2027) təsadüf edəcək

© pexels

Avropa İttifaqı (Aİ) xaricdə, ilk növbədə Afrika və Aralıq dənizində hərbi əməliyyatlarını maliyyələşdirmək üçün 8 milyard avro dəyərində olacaq “Avropa Sülh Fondu” yaratmaq niyyətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin Xarici Siyasət Xidmətinin bəyanatında deyilir.

“Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Aİ-nin ümumi xarici və təhlükəsizlik siyasəti çərçivəsində Aİ-nin hərbi əməliyyat fəaliyyətini maliyyələşdirmək üçün 8 milyard avroluq büdcədənkənar “Avropa Sülh Fondu”nun yaradılmasını təklif edib. Bu fondun fəaliyyət müddəti Aİ-nin növbəti yeddiillik büdcə dövrünə (2021-2027) təsadüf edəcək”, - bəyanatda vurğulanıb.