Vitse spiker: "Azərbaycanda şəhid və qazi ailələrinə dövlətin və Prezidentin xüsusi qayğısı var"


Digərləri 02 İyn 2020 12:22:00 163 0

Vitse spiker: "Azərbaycanda şəhid və qazi ailələrinə dövlətin və Prezidentin xüsusi qayğısı var"

Azərbaycanda şəhid və qazi ailələrinə dövlətin və Prezidentin xüsusi qayğısı var.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclis Sədrinin müavini Adil Əliyev parlamentin bu gün keçirilən iclasında deyib.

A.Əliyev deyib ki, son günlər sosial şəbəkələrdə şəhid ailələri və qazilərimizin müəyyən söyüş və təhqirlərə məruz qaldığının şahidi oluruq:

"Azərbaycanda şəhid və qazi ailələrinə dövlətin və Prezidentin xüsusi qayğısı var: "Bu gün şəhid ailələrinin heç bir şeyə ehtiyacı yoxdur. Onların, sadəcə, xüsusi diqqətə ehtiyacı var. O insanların hər biri bizim diqqət mərkəzimizdə olmalıdır".