Baş infeksionist ən böyük təhlükə mənbəyini AÇIQLADI,


Digərləri 02 İyn 2020 11:55:22 196 0

Baş infeksionist ən böyük təhlükə mənbəyini AÇIQLADI,

İnsanlar koronavirusa barmaqarası baxır. Operativ Qərargah tərəfindən verilən tövisyələrə əməl etmirlər. Bu da ölkədaxili yoluxma sayının artmasına gətirib çıxarır.

Bunu Son.az açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

Baş infeksionist koronavirusa yoluxmanın ən böyük təhlükə mənbəyini açıqlayıb:

"Qarşısını almaq üçün təklif olunan tədbirlərin birini (Maska taxmamağa görə cərimə - red) Milli Məclis artıq təsdiq edib. Maskasız gəzən insanlar, iki metr məsafəni gözləməyən insanlar cərimələnəcək. Kütləvi toplaşım yerlərində maskasız olmaq qeyri mümkün olacaq.

Koronavirusun ən təhlükəli halı əlamətsiz keçən formasıdır

Koronavirus infeksiyası hər zaman büruzə vermir. Əksər hallarda yüngül keçir, əlamətsiz keçir. Heç bir əlamət büruzə vermir, heç bir əlamət üzə çıxmır və belə insan özünü tam sağlam hesab edir. Amma bununla bərabər virus ifraz etməkdə davam edir. Koronavirusu ifraz edən insan ya bir dostugilə gedir, ya metroya düşür harasa gedir. Metroda da bundan başqa bir 30 nəfər adam da var. Bax, o insanların yoluxmasına həmin insan səbəb olur. Bir insan ən azı 3, 4 adamın yoluxmasına səbəb olur, çox olarsa, 50-60 adama yoluxdura bilər. Koronavirusun ən təhlükəli halı əlamətsiz keçən formasıdır. Heç bir əlaməti biruzə verməyən koronavirusa yoluxmuş insanı gələcəkdə səhhəti ilə bağlı heç bir təhlükə gözləmir. Koronavirusa yoluxduğundan xəbərsiz olan insan təxminən bir ay virus ifraz etməyə davam edəcək, sonra da düzələcək. Onun üçün heç bir həyati təhlükə yoxdur. Elə insan ancaq ətrafdakılar üçün, yaxınları üçün, dost-tanışları üçün, ailəsi üçün təhlükəlidir. 

Heç kim bilə bilməz ki, bunda virus var, ya yox