Gürcüstanda koronavirusa yoluxanların sayı 796-ya çatdı


Dünya 02 İyn 2020 10:11:41 163 0

Gürcüstanda koronavirusa yoluxanların sayı 796-ya çatdı

Gürcüstanda daha 2 nəfərdə koronavirus aşkarlanıb.

Gürcüstanda daha 2 nəfərdə koronavirus aşkarlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19 virus infeksiyasına yoluxanların sayı 796-ya çatıb. Onların 634-ü artıq sağalıb, 12-si isə ölüb.

Hazırda ölkə üzrə karantində 2 508, stasionar nəzarətdə isə 300 nəfər saxlanılır. Xaricdən gətirilən 3 Gürcüstan vətəndaşı da vətəndə koronavirusdan müalicə olunur.