Azərbaycan şirkətləri Ukraynada karbohidrogen yataqlarının işlənməsində iştirak edə bilər


Digərləri 02 İyn 2020 09:12:00 171 0

Azərbaycan şirkətləri Ukraynada karbohidrogen yataqlarının işlənməsində iştirak edə bilər

Azərbaycanla Ukrayna arasında ikitərəfli enerji əməkdaşlığının potensialı tükənməyib.

Son.az xəbər verir ki, bunu Trend-ə Ukraynanın Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Sergey Ştelyuk deyib.

O bildirib ki, bu baxımdan perspektiv istiqamətlərdən biri Azərbaycan şirkətlərinin Ukrayna ərazisində karbohidrogen yataqlarının işlənməsində, enerji obyektlərinin özəlləşdirilməsində iştirakı, eləcə də yeni infrastruktur layihələrinin reallaşdırılmasıdır.

S.Ştelyuk xatırladıb ki, 2020-ci il mayın 5-də Ukrayna baş nazirinin müavini Aleksey Reznikov, infrastruktur naziri Vladislav Krikli və "SOCAR Energy Ukraine" şirkətinin pərakəndə ticarət üzrə direktoru Sergey Kolençenko tərəfindən imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində "Çonqar" nəzarət-buraxılış məntəqəsində xidmət qovşağının tikintisi layihəsinin birgə reallaşdırılması nəzərdə tutulub.

Müşavirin sözlərinə görə, enerji sahəsi son dövrlərdə fəal inkişaf edən Ukrayna-Azərbaycan strateji tərəfdaşlığının aparıcı istiqamətlərindən biridir:

"Xüsusən, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ildən Ukraynanın neft emalı müəssisələri üçün əsas neft tədarükçüsüdür".