Tunis sərhədlərini iyunun 27də açır


Dünya 02 İyn 2020 08:03:00 169 0

Tunis sərhədlərini iyunun 27də açır

Tunis hakimiyyəti ölkə sərhədlərini iyun ayının 27-dən açmaq niyyətindədir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə respublika hökumətinin mətbuat xidməti xəbər yayıb

Qərar baş nazir Elias Fəhfahinin sədrliyi ilə keçirilən koronavirusa nəzarət üzrə milli komissiyanın iclasında qəbul edilib.

"Sosial-iqtisadi və sanitar vəziyyəti müzakirə etdikdən sonra komissiya iyunun 27-dən etibarən ölkənin dəniz, hava və quru sərhədlərini açmaq qərarına gəlib", - məlumatda bildirilir.

Komissiya 4 iyun tarixindən etibarən ölkə daxilində əyalətlər arasında hərəkət məhdudiyyətlərinin ləğv edilməsinə də qərar verib.